Azərbaycanda reklam vaxtının 8 faizi sosial reklamlar üçün ayrılacaq

Azərbaycanda reklam vaxtının 8 faizi sosial reklamlar üçün ayrılacaq “Teleradiolarda sosial reklamların dəqiq vaxtı da müəyyən olunub”
Daxili siyasət
10 Mart , 2015 12:14
Azərbaycanda reklam vaxtının 8 faizi sosial reklamlar üçün ayrılacaq

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanda bütün reklam yayımçıları ümumi reklam vaxtının nəşrlərdəki reklam yerlərinin reklam qurğularının ən azı 8 faizini sosial reklamlar üçün ayırmağa məcbur ediləcək.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin “Reklam haqqında” qanun layihəsinin ikinci oxunuşunda komitənin üzvü, deputat Vahid Əhmədov bildirib.

Qeyd edək ki, mövcud qanunvericilikdə bu rəqəm 5 faiz müəyyən edilmişdi.

O əlavə edib ki, təqdim olunan layihədə sosial reklam anlayışına, onun hazırlanması və yayınlanması qaydalarına aydınlıq gətirilib.

V.Əhmədov qeyd edib ki, Dövlət büdcəsindən maliyyələşən reklam istehsalçıları, reklam yayımçıları və reklam agentləri sosial reklamı ödənişsiz, özəl qurumlar tərəfindən isə ödənişli əsaslarla istehsal edilməsi və yayımlanması təsbit edilib.

"Eyni zamanda, teleradiolarda sosial reklamların dəqiq vaxtı müəyyən olunub. Saat 9:00-dan gecə saat 24:00-a qədər. Çox vaxt sosial reklamı gecə vaxtı verirlər, gecə vaxtı verilən sosial reklam o qədər də maraq doğurmur", - deputat əlavə edib.

Son xəbərlər

Orphus sistemi