​Milli Məclisin Regional məsələlər komitəsi hesabat verib

​Milli Məclisin Regional məsələlər komitəsi hesabat verib “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə dəyişikliklər müzakirə edilib
Daxili siyasət
23 Yanvar , 2015 13:55
​Milli Məclisin Regional məsələlər komitəsi hesabat verib

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclası keçirilib. “Report” xəbər verir ki, iclası açıq elan edən komitə sədri Arif Rəhimzadə komitənin 2014-cü il payız sessiyasında gördüyü işlər barədə hesabatla çıxış edib.

A.Rəhimzadə bildirib ki, komitənin 2014-cü il payız sessiyasında 7 iclası keçirilib: “İclaslarda 13 məsələ müzakirə olunub ki, onlardan 11-i qanun layihəsidir. Hesabat dövründə komitənin ünvanına daxil olan 101 məktub, təklif, ərizə və şikayətə baxılıb. Onlardan 72-si araşdırılması üçün müvafiq təşkilatlara göndərilib. 2014-cü il payız sessiyasında komitə üzvləri 450 nəfərdən çox vətəndaşı qəbul edib”.

Daha sonra çıxış edən komitə üzvləri təmsil olunduqları komitənin 2014-cü il payız sessiyasında gördüyü işlərdən danışıblar.

İclasda Milli Məclisin Regional Məsələlər Komitəsinin 2015-ci il yaz sessiyasında görəcəyi işlər planını təsdiq ediblər.

Sonda “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə dəyişikliklər müzakirə edilib. 

Son xəbərlər

Orphus sistemi