Yuxarı

Referendumu izləmək üçün MSK-da 846 müşahidəçi qeydiyyatdan keçib

MSK-da qeydə alınanlardan 6 nəfəri MDB Parlamentlərarası Assambelyasının Şurasının Katibliyini təmsil edir

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin olunmuş ümumxalq səsverməsini (referendum) izləmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 846 müşahidəçi qeydiyyatdan keçib.

“Report”un xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

MSK-da qeydə alınanlardan 6 nəfəri MDB Parlamentlərarası Assambelyasının Şurasının Katibliyini təmsil edir. 135 nəfər öz təşəbbüsü ilə qeydə alınıb.

M.Pənahov qeyd edib ki, dairə seçki komissiyalarında (DSK) 37 429 müşahidəçi qeydiyyata alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi