Referendumu izləmək üçün MSK-da 117 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

Referendumu izləmək üçün MSK-da 117 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib Səsvermədə 5600-dən artıq seçki məntəqəsi olacaq
Daxili siyasət
22 Sentyabr , 2016 12:46
Referendumu izləmək üçün MSK-da 117 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumu izləmək üçün bugünə qədər 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçib. 

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib. 

M.Pənahov qeyd edib ki, həmin şəxslər təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentariləridir: “Müşahidə aparmaq istəyən ölkə vətəndaşlarının sayı da kifayət qədər geniş çeşidlidir. Bura həm siyasi partiyaların nümayəndələri, öz təşəbbüsü ilə müşahidə aparmaq istəyən vətəndaşlar, həmçinin qeydə alınmış təşviqat qrupunun nümayəndələri daxildir. Ümumilikdə, müşahidəçilərin sayı 53 minə yaxındır. Səsvermədə 5600-dən artıq seçki məntəqəsi olacaq. Demək olar ki, hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür. Hesab edirəm ki, nəinki 10, hətta 5 nəfər də müşahidə aparsa, bu, şəffalığın təmin edilməsi üçün yüksək bir göstəricidir”. 

MSK sədri əlavə edib ki, referendumun keçirilməsi və seçicilərin səs verməsi üçün bütün şərait yüksək səviyyədə yaradılıb.

Son xəbərlər

Orphus sistemi