Ramil Usubov Şəkidə vətəndaşları qəbul edəcək

Ramil Usubov Şəkidə vətəndaşları qəbul edəcək Qəbulda Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər
Daxili siyasət
8 Avqust , 2017 14:25
Ramil Usubov Şəkidə vətəndaşları qəbul edəcək

 Bakı. 8 avqust. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Şəki rayonunda vətəndaşları qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul avqust ayının 26-da saat 10:00-da Şəki Şəhər-Rayon Polis Şöbəsində başlayacaq. 

Qəbulda Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər. 

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi