​Əli Kərimli AXCP-nin qurultayı ilə bağlı məhkəməyə müraciət edib

​Əli Kərimli AXCP-nin qurultayı ilə bağlı məhkəməyə müraciət edib İddia ərizəsi məhkəməyə dekabrın 9-da təqdim olunub
Daxili siyasət
10 Dekabr , 2015 14:15
​Əli Kərimli AXCP-nin qurultayı ilə bağlı məhkəməyə müraciət edib

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) partiyanın sentyabrın 27-də keçirilən qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Bu barədə "Report"a vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

O bildirib ki, iddia ərizəsi məhkəməyə dekabrın 9-da təqdim olunub.

Qeyd edək ki, Ədliyyə Nazirliyi AXCP-nin sentyabrın 27-də keçirilən qurultayı ilə bağlı məhkəməyə müraciət edilməsinin məqsədəuyğun olduğunu tövsiyə etmişdi.

Nazirlik Əli Kərimlinin sabiq müavini Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin oktyabrın 18-də keçirdiyi etimad qurultayı ilə bağlı da eyni qərarı verib.

Artıq R.Nurullayev də eyni iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi