Qubada Zəfər Günü ilə bağlı ümumrayon tədbiri keçirilib

Qubada Zəfər Günü ilə bağlı ümumrayon tədbiri keçirilib Quba rayonunda Zəfər Günü qeyd edilib.
Daxili siyasət
8 Noyabr , 2022 20:37
Qubada Zəfər Günü ilə bağlı ümumrayon tədbiri keçirilib

Quba rayonunda Zəfər Günü qeyd edilib.

"Report"un Şimal bürosu xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən Vətən oğullarını yad ediblər.

Daha sonra Quba şəhərinin mərkəzində yerləşən B.Səfəroğlu adına Mədəniyyət Mərkəzində tədbir kecirilib.

Tədbir iştirakçıları məktəblilərin və gənc rəssamların əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə 44 günlük Vətən müharibəsinin qəhrəmanlarının rəsmləri nümayiş etdirilib.

Mərasimdə çıxış edən digər natiqlər də, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizin xatirəsinin daim yaddaşlarda qalacağını söyləyiblər.

Rəsmi hissədən sonra vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, mahnılar ifa edilib.

Son xəbərlər

Orphus sistemi