Qubada qazilərlə görüş keçirilib - VİDEO

Qubada qazilərlə görüş keçirilib - VİDEO Qubada 26 iyun – Silahlı Qüvvələr Günü qeyd olunub və qazilərlə görüş keçirilib
Daxili siyasət
26 İyun , 2021 04:22
Qubada qazilərlə görüş keçirilib - VİDEO

Qubada 26 iyun – Silahlı Qüvvələr Günü qeyd olunub və Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.

"Report"un Şimal bürosunun məlumatına görə, tədbir rayonun dağlıq kəndi olan Susayda - Şuşanın "Cıdır düzü"nə bənzər məkanda keçirilib.

Əvvəlcə, 1918-ci ildə xilaskar Türk ordusunun şəhid olan əsgərinin Susay kəndində yerləşən məzarı Quba rayonunun rəhbərliyi, qazilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri tərəfindən ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb.

Tədbirdə Ulu öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantını giriş sözü ilə açan Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev deyib ki, Azərbaycanın bugünkü ordusunun quruculuğu hələ sovetlər dönəmində Heydər Əliyev tərəfindən aparılıb. Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən hər zaman orduya və hərbçilərə xüsusi diqqət göstərilir. Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, xalqımızın iradəsi və ordumuzun şücaəti nəticəsində 30 ilə yaxın işğal altında olan ərazilərimiz düşməndən azad edilib və bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub.

Quba rayonu Vətən müharibəsində 48 nəfər şəhid verib, 189 nəfər yaralanaraq qazi olub, müharibə işçirakçılarının böyük əksəriyyəti müxtəlif təltiflərə layiq görülüb, 4 nəfərə isə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

Tədbir sonra konsert proqramı ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi