Yuxarı

​Qubad İbadoğlunun yaradacağı hərəkatın 13 təşəbbüskarı var - SİYAHI

Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsis bəyannaməsi hazırlanıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Müsavat Partiyasının başqanlığına sabiq namizəd Qubad İbadoğlunun rəhbərliyi ilə yaradılacaq "Azərbaycan Demokratiya və Rifah" Hərəkatının təsis bəyannaməsinin layihəsi hazırlanıb. Bu barədə "Report"a Q.İbadoğlu özü məlumat verib.

O deyib ki, hərəkatın təşəbbüskarı 13 nəfərdən ibarətdir: "Təşəbbüs qrupuna mən, Vurğun Əyyub, Səxavət Əlisoy, Ellada Məmmədli, Adil Qeybulla, İbrahim İbrahimli, Məlahət Mürşüdlü, Ədalət Yusifov, Əhliman Abbas, Rafiq Abdullalı, Əlövsət Talışxanlı, Taleh Əliyev və İsmayıl Yusifov daxildir".

Hərəkatın təsis yığıncağı yaxın bir ay müddətində keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi