​Müsavat başqanının müavini Qubad İbadoğlunu ittiham edib

​Müsavat başqanının müavini Qubad İbadoğlunu ittiham edib "Qubad İbadoğlu qurultayda ona səs verənləri aşağılamağından vicdan əzabı çəkmirmi?"
Daxili siyasət
2 Fevral , 2016 12:20
​Müsavat başqanının müavini Qubad İbadoğlunu ittiham edib

Bakı. 2 fevral. REPORT.AZ/ "Müsavat Partiyasını qurultayın nəticələri ilə bağlı məhkəməyə verən şəxslərin əksəriyyəti Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvləridir. Onlardan bəziləri hətta hərəkatın rəhərliyində təmsil olunur".

"Report"un xəbərinə görə, bunu Müsavat Partiyası başqanının müavini Osman Kazımov deyib.

O bildirib ki, partiyanı məhkəməyə verənlərdən biri - Ellada Məmmədli hərəkatın qurucularındandır: "Qubad İbadoğlunun isə bunlardan guya xəbəri yoxdur. O bildirib ki, onun üçün Müsavatın şərəf tarixi qapanıb. Ona eyni dildə cavab vermək istəmirəm.Tərbiyəmə yaddır. Həm də yaşda məndən kiçikdir. Amma bu gün də Müsavat Partiyasının sıralarında Qubad İbadoğluna başqan seçilməsi üçün səs verənlərdən onlarla Müsavat üzvü fəaliyyət göstərməkdədir. Qubad İbadoğlu qurultayda ona səs verənləri aşağılamağından vicdan əzabı çəkmirmi?".

Son xəbərlər

Orphus sistemi