Bakı. 4 iyul. REPORT.AZ/ "
Bunu "Report"a açıqlamasında hazırda ABŞ-da olan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, keçmiş müsavatçı Qubad İbadoğlu Müsavat Partiyasının başqanı Arif Hacılının ittihamlarına cavab verərkən deyib.
Müsavat başqanlığına keçmiş namizəd olan Q.İbadoğlu bildirib ki, partiya Məclisinin iyulun 4-də keçirilən sessiyasında iştirak edən
ADR sədri qeyd edib ki, Müsavat Partiyasında İqtisadi Siyasət Komissiyasına rəhbərlik etdiyi 1996-2006-ci illər partiyanın proqram və konsepiyalarının işlənilməsinin ən məhsuldar dövrü olub: "Həmin dövrdə rəhbərlik etdiyim iqtisadi siyasət komissiyasının iqtisadi və sosial siyasət sahəsində 10-dan çox proqram və konsepiya işlənib və 2003-cü il prezident seçkilərində "Bizim Azərbaycan" blokunun vahid namizədi olaraq İsa Qəmbər onları televiziya vasitəsilə təqdim edib. Ədalətli müsavatçılar və müsavatsevərlər həmin dövrü yaxşı xatırlayırlar".
Q.İbadoğlu vurğulayıb ki, rəhbərlik etdiyi hərəkat tam gücü ilə fəaliyyət göstərir: "ADR Hərəkatının son 4 ayda 3 dəfə ekspert dinləməsi keçirib. Neftin qiymətinin uculaşması, manatın devalvasiyası və təhsil siyasəti ilə bağlı müzakirələrdə 300-dən çox iştirakçı olub, Azərbaycanın dəyərli mütəxəssisləri müzakirə olunan məsələlərə mövqelərini bölüşüblər. Formalaşmış vahid mövqe əsasında hər 3 məsələyə dair ADR Hərəkatının keçirdiyi tədbirlərin qətnaməsi açıqlanıb, əlaqədar orqanlara tövsiyyələr təqdim olunub. Hazırda Hərəkatın əsas fəaliyyəti təşkilatmaqdır. Odur ki, biz intellektualların və mütəxəssislərin cəlbi ilə strukturlar formalaşdırırıq. Buna da müəyyən səviyyədə nail olmuşuq və bu istiqamətdə də işlərimiz davam edir. Onların beyin məhsulları əsasında da proqramlar və konsepsiyalar işlənilir. Onlar zamanında təqdim olunacaq. O zaman da intellektual səviyyədəki fərqlər daha qabarıq görünəcək".
Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı partiya Məclisinin 4 iyul sessiyasında çıxışı zamanı başqanlığa keçmiş namizəd, Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlunu nəzərdə tutaraq deyib: "O, 10 il idi ki, İqtisadiyyat Komissiyasının sədri idi. Faktiki olaraq, həmin komissiya fəaliyyət göstərmirdi. Hər kəs işini sona qədər görməlidir. Müsavat Partiyasına çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz. Bu, gələcəkdə qiymətləndiriləcək”.
O, qurultaydan sonra partiyadakı narazı kəsimin ittihamlarına da cavab verib: “Partiyadan narazı olanlar iddia edirdilər ki, ən intellektual, aktiv kəsim onlarla birgədir. Deyirdilər, intellektual mübarizənin tərəfdarıdırlar. Bəs niyə ölkədə baş verənlərə münasibət bildirmirlər? İntellektuallıq hanı, bəs?".