Yuxarı
    Bağlamaq

    “Qaz təchizatı haqqında”, “Elektroenergetika haqqında” və “Su təchizatı haqqında” qanunlara dəyişiklik edilir

    Dini ekstremizim əleyhinə xüsusi əməliyyat aparıldıqda qazın, işığın, suyun verilməsi dayandırıla bilər

    Bakı. 13 oktyabr. REPORT.AZ/ Dini ekstremizim əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər.

    “Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən birgə iclasında “Qaz təchizatı haqqında”, “Elektroenergetika haqqında”, “Su təchizatı haqqında”, Telekommunikasiya haqqında” qanunlarına dəyişiklik layihələri müzakirə çıxarılıb.

    Dəyişiklik layihəsinə əsasən, dini ekstremizim əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında məhkəmə qərarı ilə qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər.

    Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi