Qarabağın erməni sakinləri üçün 30 ton benzin, 34 ton dizel yola salınıb - YENİLƏNİB

Qarabağın erməni sakinləri üçün 30 ton benzin, 34 ton dizel yola salınıb - YENİLƏNİB Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus 2 nəqliyyat vasitəsi ilə Qarabağın erməniəsilli sakinləri üçün yanacaq göndərilib.
Daxili siyasət
26 Sentyabr , 2023 13:50
Qarabağın erməni sakinləri üçün 30 ton benzin, 34 ton dizel yola salınıb - YENİLƏNİB

2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsinə dair xahişinə uyğun olaraq, sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 30 ton benzin, 34 ton dizel yola salınıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatında deyilir.

13:12

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus 2 nəqliyyat vasitəsi ilə Qarabağın erməniəsilli sakinləri üçün yanacaq göndərilib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, yük avtomobilləri Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Yük avtomobillərində 30 ton Aİ-92 markalı benzin, 34 ton dizel yanacağı aparılıb.

Qeyd edək ki, yanacaq 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq göndərilib.

Son xəbərlər

Orphus sistemi