Fövqəladə Hallar Nazirliyinin (FHN) Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün göndərdiyi humanitar yardıma daxil olan məhsullar və onların çeşidi açıqlanıb.
"Report"un Qarabağ bürosunun xəbərinə görə, yardımda xüsusi paketlərdə istehsal olunan un, çörək, yağ, şəkər tozu, çay müxtəlif çeşidli konfetlər, makaron, vermişel, bulqur, düyü məhsulları olub.
Bundan başqa, dinc sakinlərin istifadə etməsi üçün uşaq bezi, diş fırçası, sabun və s. gigiyenik məhsullar da göndərilib.
Qeyd edək ki, sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları olan iki yük avtomobili ilə ərzaq və gigiyenik vasitələr, eləcə də iki ədəd içərisində çörək olan maşınlar Ağdam rayonundan Xankəndi istiqamətinə yola salınıb.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün göndərdiyi humanitar yardıma daxil olan məhsullar açıqlanıb.
Nazirliyin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev "Report"un Qarabağ bürosuna bildirib ki, yardıma ərzaq məhsulları, çörək, gigiyenik vasitələr daxildir.
O deyib ki, sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları olan iki yük avtomobili ilə gigiyenik vasitələr və eləcədə iki ədəd içərisində çörək olan maşınlar Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir: "Yük karvanı hazırda açıq olan, Ağdam-Xankəndi yolundan istifadə etməklə Xankəndinə çatdırılacaq. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq".
M.Feyziyev Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstəyin veriləcəyini bildirib: "Bundan sonra da bu kimi humanitar məhsulların göndərilməsi təmin olunacaq".