"Qaçqınkom" kollegiyasının yeni tərkibi təsdiqlənib
Daxili siyasət
- 07 iyul, 2018
- 11:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 iyul. REPORT.AZ/ Nazirlər Kabineti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının yeni tərkibini təsdiqləyib.
"Report" xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Dövlət Komitəsinin kollegiyasının üzvləri 7 nəfərdən ibarətdir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev kollegiyanın sədri, Dövlət Komitəsinin sədr müavinləri Gəray Fərhadov və Fuad Hüseynov, Aparat rəhbəri Etibar Abdullayev, maliyyə-mühasibat şöbəsinin müdiri Tofiq Şamilzadə, məskunlaşma, miqrasiya və məşğulluq şöbəsinin müdiri Sənan Hüseynov, Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov isə üzvləri təyin olunublar.
Son xəbərlər
07:46
Britaniya Çernobıl AES-in təmiri üçün Ukraynaya 17 milyon funt sterlinq ayırıb
Digər ölkələr
07:18
ABŞ-nin səkkiz ştatı OpenAI şirkətinə qarşı iddia qaldırıb
Digər ölkələr
06:50
Şimali Koreya iki növ sualtı qayıqdan atılan strateji kruiz raketlərini sınaqdan keçirib
Digər ölkələr
06:17
ABŞ Avropaya Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib
Digər ölkələr
05:52
Mbappe Çempionlar Liqasının tarixində ən yaxşı bombardirlər arasında beşinci yerə yüksəlib
Futbol
05:21
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib
Digər ölkələr
04:38
Azərbaycan BMT-ni mina təhlükəsi və itkin düşmüş şəxslər məsələsini diqqətdə saxlamağa çağırıb
Xarici siyasət
04:10
Foto
Tiranada etirazların miqyası böyüyür, tələbələr nazirliklərə hücum ediblər – yenilənib
Digər ölkələr
03:48
Serbiya seçki kampaniyasına müdaxiləyə görə Xorvatiyaya etiraz notası göndərib
Digər ölkələr