Prezidentliyə namizədlərin seçki fondlarına daxil olan vəsaitlərə dair maliyyə hesabatları açıqlanıb - SİYAHI

Prezidentliyə namizədlərin seçki fondlarına daxil olan vəsaitlərə dair maliyyə hesabatları açıqlanıb - SİYAHI Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanda prezidentliyə namizədlərin seçki fondlarına daxil olan vəsaitlərə dair maliyyə hesabatları açıqlanıb.
Daxili siyasət
3 Aprel , 2018 11:49
Prezidentliyə namizədlərin seçki fondlarına daxil olan vəsaitlərə dair maliyyə hesabatları açıqlanıb - SİYAHI
Report

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanda prezidentliyə namizədlərin seçki fondlarına daxil olan vəsaitlərə dair maliyyə hesabatları açıqlanıb.

“Report” xəbər verir ki, prezidentliyə namizəd İlham Əliyevin ikinci ilkin maliyyə hesabatına əsasən, namizədin seçki gəlirləri ümumilikdə 100 000 manat olub.

Prezidentliyə namizəd Zahid Orucun seçki fondunun gəliri 9 900 manat, Araz Əlizadənin seçki fondunun gəliri 10 000 manat, Qüdrət Həsənquliyevin seçki fondunun gəliri 25 000 manat, Fərəc Quliyevin isə seçki fondunun gəliri 10 060 manat olub.

Digər namizədlər - Hafiz Hacıyev, Razi Nurullayev və Sərdar Cəlaloğlunun (Məmmədovun) MSK-ya təqdim etdiyi sənədlərə əsasən, onların seçki fonduna vəsait daxil olmayıb.

Qeyd edək ki, prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi