Bakı. 3 dekabr. REPORT.AZ/ Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə təkbətək görüşü olub.
"Report" xəbər verir ki, görüşdə ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.
Əlaqələrin genişləndirilməsi baxımından bu səfərin önəmi xüsusi vurğulanıb. Münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.