Prezident “Yanardağ” qoruğunda dözülməz vəziyyətin aradan qaldırılması barədə tapşırıq verib

Prezident “Yanardağ” qoruğunda dözülməz vəziyyətin aradan qaldırılması barədə tapşırıq verib “Buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil”
Daxili siyasət
29 Dekabr , 2017 14:25
Prezident “Yanardağ” qoruğunda dözülməz vəziyyətin aradan qaldırılması barədə tapşırıq verib

Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün Prezident İlham Əliyev Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak etdikdən sonra “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baxıb.

“Report”un xəbərinə görə, qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğunu bildirib. Qeyd edib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.

Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verib ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.

Son xəbərlər

Orphus sistemi