Prezident: "Növbəti illərdə çox ciddi islahatlar aparacağıq"

Prezident: "Növbəti illərdə çox ciddi islahatlar aparacağıq" Bakı. 18 aprel. REPORT.AZ/ “Son 15 il ərzində sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir”.
Daxili siyasət
115
18 Aprel , 2018 14:26
Prezident: Növbəti illərdə çox ciddi islahatlar aparacağıq

Bakı. 18 aprel. REPORT.AZ/ “Son 15 il ərzində sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir”.

"Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.

Dövlət başçısı qeyd edib ki, maaşlar təxmini 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb: “Sosial-siyasət daim diqqət mərkəzindədir. Gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları və onun rifahı daim diqqət mərkəzində olacaq. Nəzərə alsaq ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaq”.

Son xəbərlər

Orphus sistemi