Prezident Maliyyə Sabitliyi Şurasının Əsasnaməsini təsdiqləyib

Prezident Maliyyə Sabitliyi Şurasının Əsasnaməsini təsdiqləyib İlham Əliyev fərman imzalayıb
Daxili siyasət
1 Avqust , 2017 11:59
Prezident Maliyyə Sabitliyi Şurasının Əsasnaməsini təsdiqləyib

Bakı. 1 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

“Report” xəbər verir ki, sənədlə “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi” təsdiq edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi