"Prezident İlham Əliyevin liderliyi, səriştəsi və məharəti xalqımızın böyük ideyasının gerçəkləşməsinə səbəb olub" - RƏY

"Prezident İlham Əliyevin liderliyi, səriştəsi və məharəti xalqımızın böyük ideyasının gerçəkləşməsinə səbəb olub" - RƏY "Prezident İlham Əliyevin liderliyi, dövlət başçısı kimi səriştəsi, diplomat kimi məharəti, sərkərdə kimi qətiyyəti məhz xalqımızın erməni işğalına son qoymaq, torpaqlarımızı azad etmək kimi böyük ideyasının gerçəkləşməsinə səbəb olub".
Daxili siyasət
7 Noyabr , 2022 16:22
Prezident İlham Əliyevin liderliyi, səriştəsi və məharəti xalqımızın böyük ideyasının gerçəkləşməsinə səbəb olub - RƏY

"Prezident İlham Əliyevin liderliyi, dövlət başçısı kimi səriştəsi, diplomat kimi məharəti, sərkərdə kimi qətiyyəti məhz xalqımızın erməni işğalına son qoymaq, torpaqlarımızı azad etmək kimi böyük ideyasının gerçəkləşməsinə səbəb olub".

Bu sözləri "Report"a açıqlamasında siyasi ekspert Zaur İbrahimli deyib.

Onun sözlərinə görə, zaman keçdikcə şahidi olduğumuz tarixi hadisələrin əhəmiyyətini, əzəmətini, təsirini və nəticələrini daha yaxşı anlamağa başlayırıq:

"Bu aksiomatik yanaşmanı Azərbaycanın parlaq qələbə çaldığı 44 günlük Vətən müharibəsinə də şamil etmək olar. Sabah bütün dünyanı silkələyən qələbəmizin ikinci ildönümünü qeyd edəcəyik və 2020-ci ildən keçən 730 gündə regionumuzda və dünyada baş verən hadisələr, izlədiyimiz proseslər bir daha Azərbaycanın necə möhtəşəm qələbə qazandığını, dövlətimizin, xalqımızın necə böyük bir uğura imza atdığını anlamağa kömək edir. Bu qələbə ilə Azərbaycanın son üç əsrdə məruz qaldığı məğlubiyyətlər seriyasına son qoydu, son yüz illiklərdə isə ilk dəfə olaraq regionun tarixi məhz Bakıda yazıldı. Azərbaycan dövləti, xalqı və onun lideri, müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi yenidən yazdı. Tanınmış Amerika yazıçısı Saymon Sine qeyd edir ki, liderin əsas vəzifəsi böyük ideyaların yaranması və gerçəkləşməsinə nail olmaqdır".

Ekspert vurğulayıb ki, Prezident İlham Əliyevin liderliyi, həm dövlət başçısı kimi səriştəsi, diplomat kimi məharəti, sərkərdə kimi qətiyyəti məhz xalqımızın erməni işğalına son qoymaq, torpaqlarımızı azad etmək kimi böyük ideyasının gerçəkləşməsinə səbəb olub:

"Kembric Universitetinin professoru Nadir şah haqqında yazırdı ki, ölkəsinin sərhədlərini genisləndirdiyinə və mobil ordunun əhəmiyyətinə əmin olması xüsusiyyətinə görə müasiri Böyük Fridrixlə də bir sıra ortaq cəhətlərə malik idi. 4 əsr sonra mübağiləyə yol vermədən bu cür fikirləri Prezident İlham Əliyev haqqında söyləmək mümkündür. Heç şübhəsiz ki, bir müddət ötəndən sonra gələcək tədqiqatçılar Azərbaycanın qələbəsini daha geniş kontekstdə və yeni məlumatlar işığında tədqiq edərək daha yaxşı analiz edəcəklər və şübhəsiz ki, xalqımızın zəfəri daha parlaq təsir bağışlayacaq. Tarixi qələbəyə aparan yolda İlham Əliyevin dövlət başçısı, diplomat və sərkərdə kimi rolunu ayrılıqda qeyd etməliyik. Dövlət başçısı kimi İlham Əliyevin ölkəmizin dövlət quruculu, dövlətçiliyin inkişaf etdirilməsi, iqtisadi inkişafa nail olunması, ictimai-siyasi sabitliyin təmin edilməsi, milli ideallar uğurunda milli birlik və həmrəyliyə nail olunmasında nailiyyətlərini qeyd etməliyik. Azərbaycan xarici siyasətində diplomat kimi İlham Əliyevin Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması, ərazi bütövlüyümüzün bir prinsip kimi qəbul edilməsi, erməni yalanlarının ifşası, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirməsi, Azərbaycanın etbarlı tərəfdaş kimi qəbul edilməsi, rəsmi Bakının etibarlı müttəfiqlər koalisiyası yarada bilməsi, Türkiyə ilə münasibətlərin yeni keyfiyyətdə, strateji müttəqfilik səviyyəsində inkişaf etdirilməsinə nail olmasını vurğulamaq vacibdir. Sərkərdə, Ali Baş Komandan kimi İlham Əliyev Azərbaycanın iqtisadi imkanlarını ordumuzun güclənməsi üçün səfərbər etdi, müasir silahlarla silahlanmanı əsas strateji hədəf kimi qqrşıya qoydu və buna nail oldu".

Z.İbrahimli söyləyib ki, Prezident İlham Əliyevin “Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsi səviyyəsində olmalıdır” starteji prinsipi son nəticədə xalqımıza qələbə bəxş edən əsas amillərdən oldu:

"Ali Baş Komandan kimi İlham Əliyev ermənilərə və havadarlarına heç bir halda, şərtdə güzəştə getmədi, heç vaxt müharibəni bir həll vasitəsi kimi kənara qoymadı, yeni nəsl komandirlər yetişməsində xüsusi səy göstərdi, Türkiyə ilə hərbi sahədə əməkdaşlığı strateji müttəfiqlik səviyyəsinə çatdırdı. O, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan kimi səngərdə əsgərlərə bir yerdə vuruşdu, indi zabit və əsgərlərin xatirələrini dinləyərkən, şahidi olursan ki, Prezident Əliyev onlar üçün həm tağım komandiri, həm bölük komandiri, həm də Ali baş Komandan olub. Onlar Ali Baş Komandanla eyni səngərdə vuruşduqlarını real olaraq hiss ediblər. Prezident İlham Əliyev informasiya savaşında daim ön cəbhədə oldu və qlobal erməni təbliğat şəbəkəsinə qarşı məharətlə döyüşdü və qələbə çaldı. Dövlət başçısı, siyasi lider, Ali Baş Komandan kimi xalqımızı yumruq kimi birləşdirdi, xalqımızın potensialı, iradəsi, əzmi, qətiyyətindən “dəmir yumuruq” yaratdı və düşmənin başını əzdik. Biz böyük, epoxal dəyişikliklər dövründə yaşayırıq, müdriklərdən birinin dediyi kimi təlatümlər dövründə güclü lideri olan xalqlar nicat yolu tapa bilərlər. İlham Əliyev məhz bu cür liderlərdəndir və zamanın sınağından çıxan bu liderlə xalqımız qarşıda duran vəzifələri də uğurla yerinə yetirəcək".

Son xəbərlər

Orphus sistemi