Prezident iki deputatı ordenlə təltif edib

Prezident iki deputatı ordenlə təltif edib Dövlət başçısı sərəncam imzalayıb
Daxili siyasət
28 Oktyabr , 2017 17:17
Prezident iki deputatı ordenlə təltif edib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hadi Rəcəblinin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hadi Musa oğlu Rəcəbli 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Cəfər oğlu Qasımlı “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, oktyabrın 25-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin 70, bu gün isə deputat Musa Qasımlının 60 yaşı tamam olub.

Son xəbərlər

Orphus sistemi