Prezident İlham Əliyev: “Yarımdalma qazma qurğusunun istifadəyə verilməsi Azərbaycan neft sənayesində çox tarixi bir hadisədir“

Prezident İlham Əliyev: “Yarımdalma qazma qurğusunun istifadəyə verilməsi Azərbaycan neft sənayesində çox tarixi bir hadisədir“ Dövlət başçısı: “Çünki bugünə qədər Azərbaycanda bu boyda qazma qurğusu tikilməyib”
Daxili siyasət
18 May , 2017 14:11
Prezident İlham Əliyev: “Yarımdalma qazma qurğusunun istifadəyə verilməsi Azərbaycan neft sənayesində çox tarixi bir hadisədir“

Bakı. 18 may. REPORT.AZ/ “Bu gün Azərbaycanın həyatında çox əlamətdar gündür. Biz yeni yarımdalma qazma qurğusunun istifadəyə verilməsini qeyd edirik”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində deyib. 

Dövlət başçısı bu hadisə münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edib: “Bu, Azərbaycan neft sənayesində çox tarixi hadisədir. Çünki bugünə qədər Azərbaycanda bu boyda qazma qurğusu tikilməyib. Qazma qurğusunun inşaatında iştirak edən bütün işçiləri, əməkdaşları təbrik edirəm. Şadam ki belə bir nəhəng qurğu Azərbaycanda inşa edilib. Bu qurğunun inşaasında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Burada biz xarici tərəfdaşlarla növbəti uğurlu əməkdaşlıq layihəsinin uğurla icra edildiyini görürük. Əlbəttə, bu, reallıqdır. Uzun illərdir Azərbaycan xarici tərəfdaşlarla uğurlu əməkdaşlıq edir”.

Son xəbərlər

Orphus sistemi