Prezident İlham Əliyev Seçki Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

Prezident İlham Əliyev Seçki Məcəlləsinə dəyişiklikləri təsdiqləyib Dəyişiklik “Banklar haqqında” qanuna edilən dəyişikliklərlə bağlıdır
Daxili siyasət
15 May , 2017 19:04
Prezident İlham Əliyev Seçki Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Seçki Məcəlləsinə dəyişikliklərin təsdiqlənməsi haqqında sərəncam imzalayıb.  

"Report"un məlumatına görə, dəyişiklik “Banklar haqqında” qanuna edilən dəyişikliklərlə bağlıdır. 

Dəyişikliklərə əsasən, Seçki Məcəlləsinin 94.1-ci maddədəsində, 96.4-cü maddənin birinci cümləsində və 96.5-ci maddəsində “Mərkəzi Bankla” sözləri “maliyyə bazarlarına nəzarət orqanı ilə” sözləri ilə əvəz edilib.

Bundan başqa, məcəllənin 97.2.2-ci maddəsinin birinci cümləsində “Mərkəzi Bankdan” sözləri “maliyyə bazarlarına nəzarət orqanından” sözləri ilə əvəzlənib. 

Sərəncamda qeyd olunub ki, Nazirlər Kabineti Azərbaycan qanunlarının və Prezidentin aktlarının “Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir. 

Nazirlər Kabineti özünün normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat verməlidir. 

Eyni zamanda, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat verməlidir. Hökumət həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir. 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. 

Son xəbərlər

Orphus sistemi