Prezident İlham Əliyev Şamaxı rayonuna səfərə gedib
Daxili siyasət
- 02 oktyabr, 2017
- 07:44
Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib.
"Report"un xəbərinə görə, dövlət başçısı Şamaxı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.
Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu Öndərin abidəsinin yerləşdiyi parkda yenidənqurma və abadlıq işləri görülüb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.
Son xəbərlər
09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.09.2026)
Maliyyə09:00
Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Tacikistan yığması ilə üz-üzə gələcək
Futbol08:59
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (23.09.2026)
Maliyyə08:57
Makron: Fransa Hörmüz boğazında yalnız müdafiə əməliyyatında iştiraka hazırdır
Digər ölkələr08:52
Bakıda 49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
İnfrastruktur08:38
Yaponiyada "Duszyuan" tayfunu doqquz nəfərin ölümünə səbəb olub
Digər ölkələr08:21
Foto
Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:13
Foto
Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb
Hadisə07:48