Prezident İlham Əliyev Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti ilə görüşüb Prezident səfərin Azərbaycan-Fransa əlaqələrinin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib
Daxili siyasət
27 Aprel , 2015 14:36
Prezident İlham Əliyev Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti ilə görüşüb

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev aprelin 27-də Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Rocer Çukermanın Bakıya səfərinin məhsuldar və keçirilən görüşlərin uğurlu olacağına ümid etdiyini bildirib. Prezident İlham Əliyev səfərin Azərbaycan-Fransa əlaqələrinin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Azərbaycana Yerevandan gəldiklərini vurğulayan Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukerman ilk gündən Bakıda böyük inkişafın və müasirliyin şahidi olduqlarını deyib. O, Azərbaycanda ilk dəfə keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar görülən yüksək hazırlıq işləri ilə bağlı təbriklərini çatdırıb. Azərbaycanda gedən böyük inkişaf proseslərinə toxunan Rocer Çukerman əldə olunan bu uğurlara Avropa tərəfindən obyektiv qiymət verilməsinin vacibliyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi