Yuxarı
    Bağlamaq

    ​Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Mərkəzinin açılışında iştirak edib - FOTO

    Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib

    Bakı. 5 dekabr. REPORT.AZ/ Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin açılışında iştirak edib. “Report”un xəbərinə görə, dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

    Mərkəzdə yaradılan şəraitlə tanış olan Azərbaycan Prezidentinə daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarəedilməsi, torpaqların elektron uçotu, ünvan reyestri informasiya sistemləri və elektron kadastr məlumat bazası barədə məlumat verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi