Prezident İlham Əliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisini qəbul edib

Prezident İlham Əliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisini qəbul edib Antonius Broek Azərbaycanın “Tərəqqi” medalı ilə təltif edilib
Daxili siyasət
11 Noyabr , 2015 13:40
Prezident İlham Əliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisini qəbul edib

Bakı. 11 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev noyabrın 11-də BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broeki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. 

"Report" xəbər verir ki, Prezident İlham Əliyev Antonius Broekin Azərbaycandakı uğurlu diplomatik fəaliyyətini yüksək qiymətləndirib. Dövlət başçısı BMT-nin yaradılmasının 70 illik yubileyi münasibətilə, BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Antonius Broekin Azərbaycanın yüksək medalı olan “Tərəqqi” medalı ilə təltif edildiyini bildirib və medalı diplomata təqdim edib.

Azərbaycanla BMT arasında əməkdaşlığa toxunan Prezident İlham Əliyev tərəfdaşlığımızın səviyyəsindən və müxtəlif əhəmiyyətli layihələrin praktiki surətdə həyata keçirilməsindən məmnunluğunu ifadə edib.

Azərbaycanın “Tərəqqi” medalına layiq görüldüyünə görə dövlət başçısına minnətdarlığını bildirən BMT-nin rezident əlaqələndiricisi Antonius Broek bunu onların fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib.

Görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik ifadə olunub.

Son xəbərlər

Orphus sistemi