Yuxarı

Prezident İlham Əliyev: “Biz öz hesabımıza yaşayırıq, müstəqil siyasət aparırıq”

“Bu, ləyaqətli, Azərbaycan xalqının maraqlarına əsaslanan siyasətdir”

Bakı. 18 iyul. REPORT.AZ/ “Dünya miqyasında ölkəmizin nüfuzu getdikcə artır. Cəmi 25 illik müstəqilliyi dövründə Azərbaycan böyük yol keçib və inkişaf edən ölkəyə çevrilib. Çünki xalqla iqtidar vəhdət təşkil edir”.

“Report”un məlumatına bunu Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimində ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev çıxışında deyib.

“Ona görə ki, ölkəmizin inkişafı ilə bağlı cəmiyyətdə fikir ayrılığı yoxdur. Çünki biz öz hesabımıza yaşayırıq, iqtisadi və siyasi cəhətdən müstəqilik. Müstəqil siyasət aparırıq. Bu, ləyaqətli, Azərbaycan xalqının maraqlarına əsaslanan siyasətdir və bütün dünyaya açığıq. Ona görə də bizim dünyadakı dostlarımızın sayı artır və bizə olan hörmət artır. Eyni zamanda, bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı da artır”, - dövlət başçısı vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi