Yuxarı

​Prezident İlham Əliyev: “Azərbaycan demokratik inkişafa sadiqdir”

“Azərbaycanda bütün azadlıqlar təmin edilib”

Bakı. 4 may. REPORT.AZ/ “Azərbaycan demokratik inkişafa sadiqdir. Azərbaycanda bütün azadlıqlar - siyasi fəaliyyət, söz azadlığı, sərbəst toplaşmaq azadlığı təmin edilib”. “Report”un xəbərinə görə, bunu Bakıda Asiya İnkişaf Bankının 48-ci illik toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib. O bildirib ki, Azərbaycanda internetdən istifadə də tam azaddır: Azərbaycanda internetdən istifadə edən əhalinin sayı günü-gündən artır. Müasir informasiya kommunikasiya texnologiyalarına sərmayə qoyulub. Genişzolaqlı interneti hətta ölkənin ən ucqar kəndlərinə də çəkirik. Bu, bizim niyyətimizin göstəricisidir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi