Prezident Baba Salayevi FHN Akademiyasının rəisi təyin edib

Daxili siyasət
  • 20 noyabr, 2018
  • 15:38
Prezident Baba Salayevi FHN Akademiyasının rəisi təyin edib

Bakı. 20 noyabr. REPORT.AZ/ Baba Hacı-Baba oğlu Salayev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edilib. 

"Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Pənah Hüseyn oğlu Süleymanov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsindən azad edilib.