Prezident “Azərsu” ASC-yə 10,1 milyon manat ayırıb

Prezident “Azərsu” ASC-yə 10,1 milyon manat ayırıb Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb
Daxili siyasət
16 Noyabr , 2017 17:46
Prezident “Azərsu” ASC-yə 10,1 milyon manat ayırıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə (ASC) 10,1 milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi