Bakı. 30 may.
“Report”un xəbərinə görə, məktubu Azərbaycan Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan müsəlman şərqində qadınlara seçib-seçilmək hüququ verən ilk respublika olub.
Prezident vurğulayıb ki, Azərbaycan qadınları ötən dövr ərzində təhsil, səhiyyə, mədəniyyətin müasir əsaslar üzərində qurulmasında əzmkarlıqla çalışıblar: “Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra da qadınlar öz aktivliyi ilə seçiliblər. Onlar çoxəsrlik milli-mənəvi dəyərlərimizi bu gün də yaşadırlar. Azərbaycanda qadınlara qarşı ayrı-seçilik aradan qaldırılıb, onlara bərabər hüquqular verilib”.