Prezident Administrasiyası: Son iki ildə Gömrük Komitəsində 500 əməkdaş məsuliyyətə cəlb olunub

Prezident Administrasiyası: Son iki ildə Gömrük Komitəsində 500 əməkdaş məsuliyyətə cəlb olunub Süleyman İsmayılov: "84 əməkdaş vəzifəsindən azad edilib"
Daxili siyasət
16 Fevral , 2017 11:25
Prezident Administrasiyası: Son iki ildə Gömrük Komitəsində 500 əməkdaş məsuliyyətə cəlb olunub

Bakı. 16 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsində son iki il ərzində 500 əməkdaş məsuliyyətə cəlb olunub, 84 əməkdaş vəzifəsindən azad edilib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.

O bildirib ki, vergi və gömrük orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərin, o cümlədən şikayətlərin sayının azalması bu sahədə şəffaflığın olmasından, əməkdaşlara qarşı tələbkarlığın artırılmasından irəli gəlir. 

Son xəbərlər

Orphus sistemi