Bakı. 21 sentyabr.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Venesiya Komissiyasının Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendumla bağlı neqativ rəy verməsi ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.
Ş.Əliyev bildirib ki, Azərbaycan hökuməti dəyişikliklərin mühüm xarakter daşıdığını hesab etmir: “Bu səbəbdən də layihəni Venesiya Komissiyasına göndərmədik”.