Penitensiar xidmətdə daha 37 gənc qulluğa başlayıb

Penitensiar xidmətdə daha 37 gənc qulluğa başlayıb Bakı. 4 may. REPORT.AZ/ Ədliyyə nazirinin müavini-Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov Penitensiar xidmətin Baş idarəsində orta rəis heyətində yeni qulluğa başlamış 37 gənc əməkdaşı qəbul edib.
Daxili siyasət
4 May , 2018 13:25
Penitensiar xidmətdə daha 37 gənc qulluğa başlayıb
penitensiar.justice.gov.az

Bakı. 4 may. REPORT.AZ/ Ədliyyə nazirinin müavini-Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov Penitensiar xidmətin Baş idarəsində orta rəis heyətində yeni qulluğa başlamış 37 gənc əməkdaşı qəbul edib.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, nazir müavini gənc əməkdaşlara Penitensiar xidmətdə qulluq keçmənin fəaliyyət istiqamətləri barədə məlumat verib, onlara çətin və şərəfli işlərində vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm, qərəzsizlik prinsiplərinə dönmədən riayət etməyi tövsiyə edib.

Xidmət rəisi dövlət idarəçiliyinin mühüm sahələrindən biri olan ədliyyə orqanlarında vicdanla, dövlətə və xalqa sədaqətlə xidmət etməyi, ədliyyə işçisi adını daima uca tutmağı tapşıraraq gələcək xidməti fəaliyyətlərində gənc əməkdaşlara uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi