Bakıda qışa hazırlıqlarla bağlı cavabdeh şəxslər təyin edilib

Bakıda qışa hazırlıqlarla bağlı cavabdeh şəxslər təyin edilib Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri davam edir.
Daxili siyasət
17 Sentyabr , 2020 12:39
Bakıda qışa hazırlıqlarla bağlı cavabdeh şəxslər təyin edilib

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri davam edir.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən "Report"a bildirilib ki, ilk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb.

Görülən işlərə nəzarət məqsədi ilə BŞİH tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq rayonlarda payız-qış mövsümünə hazırlıq tədbirlərin keçirilməsini təmin edir, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayırlar. Bu işlər çərçivəsində artıq bir neçə gündür ki, bütün paytaxt rayonlarında monitirinqlər keçirilib.

Yerlərdə görülən işlərin müzakirəsi məqsədi ilə Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin,  rayon rəhbərliyi, kommunal-təsərrüfat və digər aidiyyəti qurumların rəhbərlərinin iştiraki ilə onlayn operativ müşavirələr keçirilib. Müşavirələrdə qışa hazırlığın vəziyyəti müzakirə edilərək hər bir sahənin rəhbərinin hesabatı dinlənilib.

Qeyd olunub ki, rayonlardakı hər bir qurum qış aylarında üzərilərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə aradan qaldırmağı bacarmalıdır və  yerlərdə kifayət qədər qum, duz və lazımi invertar ehtiyyatı yaradılmalıdır.

Bildirilib ki, hər bir təşkilat mövsümə hazırlıq tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli və yağıntılar zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi üçün müvafiq tədbirlər görməlidirlər.

Müşavirələrdə rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, yoxlamalar nəticəsində aşkarlanan çatışmamazlıqlar müzakirə edilərək onların aradan qaldırılması ilə bağlı cavabdeh şəxslərə tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi