Azərbaycan rəsmiləri Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışlarını izləyir.
"Report"un xəbərinə görə, güləş yarışları hazırda davam edir.
Bu gün Sənan Süleymanov (77 kq) və Mariya Stadnik (50 kq) mübarizəyə başlayıb.
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) və Mariya Stadnik (50 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıblar. S.Süleymanov 1/8 final mərhələsində Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla qarşılaşıb. Görüş idmançımızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
M.Stadnik isə 1/8 final mərhələsində almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib. Rəqibinə 6:2 hesabı ilə qalib gələn Stadnik 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla görüşəcək.
Görüşləri gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov da canlı izləyir.