"Bugünkü qloballaşma mühitində müxtəliflik məsələsi çox vacibdir. Etnik müxtəliflik əslində tarixi, coğrafi, mədəni, sosial-iqtisadi, eləcə də siyasi faktorlar hesabına formalaşıb".
"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, etnik və mədəni müxtəliflik öz-özlüyündə müsbət fenomendir: "Çünki bu, etnik və mədəni dəyərlərə söykənir. Yəni insanın davranışına, onun vərdişlərinə bağlanır və bunlar bütövlükdə bizim bugünkü fəaliyyətimizi istiqamətləndirir. Lakin bu işlər dövlət tərəfindən tənzimlənməlidir. Belə olmasa müxtəlif münaqişələr dini və etnik əsaslarla meydanda əmələ gələr. Azərbaycan multikulturalizmin, tolerantlığın nadir məkanlarından biridir. Azərbaycan öz multikulturalizm siyasəti ilə tanınan ölkədir".
"Azərbaycan azsaylı dövlətlərdən biridir ki, dünya səviyyəsində bunu dövlət siyasətinin bir hissəsi kimi qəbul edib" - deyən PA rəsmisi bildirib ki, bu gün multikulturalizmin əhəmiyyətinə gəlincə, bu, etnik mədəni müxtəlifliyi cəmiyyətdə müdafiə edilməsinə yönəlib: "Onun funksiyası multikulturalizm müxtəliflik cəmiyyətdə qorunub-saxlanması ilə bağlıdır və Azərbaycan bu siyasəti illər boyu yürüdür. Bu siyasətin əsasını ulu öndər