Ötən il 420 nəfər Azərbaycana readmissiya olunub

Ötən il 420 nəfər Azərbaycana readmissiya olunub Ötən il üçün Azərbaycana 420 nəfər readmissiya olunub.
Daxili siyasət
18 Yanvar , 2022 11:19
Ötən il 420 nəfər Azərbaycana readmissiya olunub
Vüsal Hüseynov

Ötən il 420 nəfər Azərbaycana readmissiya olunub.

“Report” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Vüsal Hüseynov qurumun 2021-ci il ərzində fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, onların Azərbaycana gətirilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq razılığına əsasən, çarter reysləri ilə həyata keçirilib: “Keçən il readmissiya edilənlərin sayında 2,9 dəfə artım olub. 2014-cü ildən bu yana 2013 nəfərin readmissiyası həyata keçirilib. Bu il üçün 2147 şəxsin də readmissiyası nəzərdə tutulub”.

Son xəbərlər

Orphus sistemi