Ötən il Bakıda cinayət hadisələrinin sayı azalıb

Ötən il Bakıda cinayət hadisələrinin sayı azalıb 2019-cu ildə prokurorluq və daxili işlər orqanları üzrə cəmi 11 176 törədilmiş cinayət hadisəsi qeydə alındığı halda, ötən il 667 hadisə azalaraq 10 509 hadisə qeydə alınıb.
Daxili siyasət
21 Yanvar , 2021 18:24
Ötən il Bakıda cinayət hadisələrinin sayı azalıb

2019-cu ildə prokurorluq və daxili işlər orqanları üzrə cəmi 11 176 törədilmiş cinayət hadisəsi qeydə alındığı halda, ötən il 667 hadisə azalaraq 10 509 hadisə qeydə alınıb.

“Report” xəbər verir ki, bunu Bakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Abbasov deyib.

O qeyd edib ki, ötən il ağır və xüsusilə ağır cinayətlərin sayı 171 vahid artaraq 1 449 olub, qeyd olunan cinayət hadisələrinin açılma faizi 86,1 %-ə yüksəlib: "Hesabat dövründə ötən illə müqayisədə qəsdən adam öldürmə cinayətlərinin sayı 19 fakt azalaraq 47 cinayət hadisəsi qeydə alınıb ki, onlardan 45-nin açılması təmin edilib. Bağlı qalan qətl hadisələrindən birinin istintaqı hazırda Baş Prokurorluğun İstintaq idarəsində, digəri isə Suraxanı Rayon Prokurorluğunda davam etdirilir".

İ.Abbasov əlavə edib ki, Bakı Şəhər Prokurorluğunun diqqət mərkəzində olan məsələlərdən biri də quldurluq və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması olub, 2019-cu illə müqayisədə hesabat dövründə 51 quldurluq hadisəsi qeydə alınıb: "Bu ötən illə müqayisədə 22 hadisə az olub, həmin hadisələrdən 2-si bağlı qalıb. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 2019-cu illə müqayisədə 46 hadisə azalaraq 160 hadisə olub, onlardan 4-ü bağlı qalıb".

Son xəbərlər

Orphus sistemi