Ötən il Azərbaycanda qeydiyyat üçün müraciət edən əcnəbilərin sayı açıqlanıb
Daxili siyasət
- 19 yanvar, 2026
- 09:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı 2025-ci il ərzində 360 min 233 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib.
Bu barədə "Report"a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.
Bildirilib ki, onlardan 217 min 779-u birbaşa, 142 min 454-ü isə elektron qaydada müraciət ediblər.
2025-ci il ərzində 80 691 nəfərin Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı, 1248 nəfərin isə vətəndaşlıq məsələləri ilə bağlı müraciəti qeydə alınıb.
Sözügedən dövrdə 8984 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı DMX-yə müraciət ünvanlayıb.
Son xəbərlər
03:55
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
Digər ölkələr
03:43
Diyarbəkirdə yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 12 nəfər yaralanıb
Region
03:41
"Bloomberg": ABŞ NATO-dan Ukrayna üçün silahlara daha çox vəsait tələb edəcək
Digər ölkələr
03:17
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın ilk qızıl medalçısı Bakıya qayıdıb
Fərdi
03:00
Böyük Britaniyadan olan ər-arvad Mərakeşdəki hoteldə həyatını itirib
Digər ölkələr
02:32
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
Digər ölkələr
02:22
Tramp neftin ucuzlaşmasını İranla mümkün sülhlə əlaqələndirib
Digər ölkələr
01:57
ÜST Efiopiyanın şimalında səhiyyə sisteminin çökmə təhlükəsi barədə xəbərdarlıq edib
Digər ölkələr
01:21
Cey Di Vens ABŞ-İran danışıqlarında irəliləyiş olduğunu bildirib - Əlavə olunub
Digər ölkələr