Nazir: "Ötən il 144 insan alveri və 4 məcburi əmək cinayəti müəyyən edilib"

Nazir: "Ötən il 144 insan alveri və 4 məcburi əmək cinayəti müəyyən edilib" Bakı. 28 yanvar. REPORT.AZ/ Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı həyata keçirilən tədbirlərlə qeyri-leqal dövriyyədən 1 ton 136 kiloqram narkotik vasitə çıxarılıb, 45 cinayətkar qrup zərərsizləşdirilib.
Daxili siyasət
28 Yanvar , 2019 18:43
Nazir: Ötən il 144 insan alveri və 4 məcburi əmək cinayəti müəyyən edilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı həyata keçirilən tədbirlərlə qeyri-leqal dövriyyədən 1 ton 136 kiloqram narkotik vasitə çıxarılıb, 45 cinayətkar qrup zərərsizləşdirilib. 

"Report" xəbər verir ki, bunu daxili işlər naziri Ramil Usubov 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ümumi çəkisi 138 tona yaxın narkotik tərkibli bitki yığılaraq yaşıl kütlə halında məhv edilib.

O qeyd edib ki, 144 insan alveri və 4 məcburi əmək cinayəti müəyyən edilib, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, bu cinayətlərin qurbanı olmuş 98 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib: "Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31539 cinayət işinin istintaqı aparılıb ki, onlardan 80 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub. Vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsi 2017-ci illə müqayisədə 2 faiz yaxşılaşaraq 86,8 faiz təşkil edib".

R.Usubov bildirib ki, yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması 1,3 faiz artaraq 3409698 inzibati xəta təşkil edib: "Ümumilikdə, daxili işlər orqanlarının bütün struktur qurumları üzrə müxtəlif inzibati xətalara görə 3442148 protokol tərtib edilib". 

Son xəbərlər

Orphus sistemi