ABŞ-nin "Oracle Advisory Group” təşkilatının təmsilçisi Corc Börnbaum (George Birnbaum) növbədənkənar parlament seçkiləri ilə əlaqədar "exit-poll"un nəticələrinə əsasən, partiyaların səstoplama siyahısını açıqlayıb.
"Report"un məlumatına görə, exit-poll nəticələrinə əsasən, parlamentdə Yeni Azərbaycan Partiyası (YAP) - 63, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - 3, Böyük Azərbaycan Partiyası (BAP) - 1, REAL - 1, Milli Cəbhə Partiyası (MCP) - 1, Azərbaycan Demokratik Maarifçilik Partiyası (AMDP) - 1 və Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) - 1 nəfərlə təmsil olunacaq. Bundan başqa, 46 nəfər bitərəf namizəd var.
Qeyd edək ki, "Oracle Advisory Group” Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən altı seçki dairəsini əhatə etməyib.