Prezident İlham Əliyevi dəstəkləyən siyasi partiyaya səs vermək əhalinin 88%-i üçün önəmlidir.
“Report” xəbər verir ki, bu barədə "Oracle Advisory Group"un seçkiöncəsi sosioloji sorğu ilə bağlı keçirdiyi mətbuat konfransında Vlada Galan bildirib.
Eyni zamanda əhalinin Prezident İlham Əliyevi dəstəkləməsində səbəblərdən biri onun idarəetməsində sabitliyin tam təmin olunmasıdır. Sorğuya əsasən 95% respondent bu fikir ilə tam razıdır.
O bildirib ki, ən təəccüblü məqam ölkə rəhbərliyinin ölkəni terrorist hücumlardan nə dərəcədə qoruması sualına gələn cavablardır.
"Beləki, əhalinin hamısı bunu dəstəkləyib. Bu son dərəcə önəmli məqamdır. Digər ölkələrdə hər zaman bunun tam təmin olunmadığını söyləyiblər".
Vlada Galan bildirib ki, Azərbaycanda iştirak etdikləri yeddinci seçkiöncəsi exit polldur.
“29 iyul - 9 avqust tarixlərində baş tutan Exit poll 40 əməkdaşımız tərəfindən 3000 respondent arasında keçirilib”.
O bildirib ki, "Oracle Advisory Group" 10 ildir Azərbaycanda seçkilər zamanı iştirak edir və exit poll keçirir.
"Bu Azərbaycanda iştirak etdiyimiz yeddinci seçkiöncəsi exit polldur. Toplamda isə 15 ölkədə iştirak etdiyimiz 26-cı seçkidir" .