Ombudsman: "Evlərin sökülməsi zamanı uyğun kompensasiyanın verilməməsi ilə bağlı müraciətlər daxil olub"

Ombudsman: "Evlərin sökülməsi zamanı uyğun kompensasiyanın verilməməsi ilə bağlı müraciətlər daxil olub" Bakı. 20 aprel. REPORT.AZ/ 2017-ci ildə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin ünvanına daxil olan müraciətlərə münasibətdə mülkiyyət hüququ ümumi müraciətlərin 13.2 faizini, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ 6.2 faizini, sosial təminat hüququ 5.8 faizini, əmək hüququ isə 4.9 faizini təşkil edib.
Daxili siyasət
20 Aprel , 2018 11:54
Ombudsman: Evlərin sökülməsi zamanı uyğun kompensasiyanın verilməməsi ilə bağlı müraciətlər daxil olub

Bakı. 20 aprel. REPORT.AZ/ 2017-ci ildə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin ünvanına daxil olan müraciətlərə münasibətdə mülkiyyət hüququ ümumi müraciətlərin 13.2 faizini, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ 6.2 faizini, sosial təminat hüququ 5.8 faizini, əmək hüququ isə 4.9 faizini təşkil edib.

“Report”un xəbərinə görə, bu, Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində qeyd olunub.

Bildirilib ki, mülkiyyət hüququ ilə bağlı müraciətlərdə mülkiyyətdə olan əmlakın məhkəmə qərarı olmadan sökülməsi, xüsusi mülkiyyətdə olan evin və ya torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması zamanı əvəzinə uyğun kompensasiyanın verilməməsi, xüsusi mülkiyyətdə və ya daimi istifadə də olan torpaq sahələrinin vətəndaşların tazılığı olmadan tikinti məqsədləri üçün ayrılması, torpaq payına dair ilkin dövlət aktında zəruri məlumatların düzgün göstərilməməsi, ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyət göstərdiyi vaxtda verilən torpaq payları və fərdi torpaq sahələri barədə yerli qurumlar tərəfindən qeydiyyata alınan bir sıra məlumatların hazırda qüvvədə olan vahid bazaya işlənməməsi, vətəndaşa məxsus evin sənədləşdirilməsi ilə bağlı süründürməçiliyə yol verilməsi kimi hallar əksini tapıb.

Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ ilə bağlı müraciətlər, bir qayda olaraq, məhkəmə qərarlarından narazılıq hallarından, bəzən isə məhkəmələrdə süründürməçilik və məhkəmə qərarlarının surətinin vaxtında verilməməsindən ibarət olub.

Əmək hüququ ilə bağlı müraciətlərdə bir sıra özəl strukturlar tərəfindən əmək haqqının və son haqq-hesabın ödənilməməsi, qanun pozuntusuna yol verməklə işdən azad etmə, işə bərpadan imtina, əmək müqaviləsinin bağlanılmaması və ya ona xitam verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməməsi, işlə təmin edilmədə köməklik göstərilməməsi kimi hallar göstərilib.

İllik məruzə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib, Milli Məclisə, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilib. Sənəd Milli Məclisin aprelin 24-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi