Nazir müavini: Eyni işdə çalışan qadınlarla kişilərin əməkhaqlarının bərabərləşdirilməsi gündəmdədir

Daxili siyasət
  • 27 fevral, 2025
  • 12:21
Nazir müavini: Eyni işdə çalışan qadınlarla kişilərin əməkhaqlarının bərabərləşdirilməsi gündəmdədir

Eyni işdə çalışan qadınlarla kişilərin əməkhaqlarının bərabərləşdirilməsi gündəmdədir.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “Konstitusiya və suverenlik” ili çərçivəsində keçirilən “Qadın iştirakçılığının təbliği” adlı konfransın “Bərabərikdə dayanıqlılıq-konstitusiyamızın keçdiyi inkişaf yolunun əsas hədəfi kimi” mövzusuna həsr edilmiş panel sessiyasında deyib.

Onun sözlərinə görə, şirkətlərin qadınları yüksək vəzifəyə təyin etmələri üçün müəyyən vergi güzəştləri olmalıdır:

“Eyni işdə çalışan qadınlarla kişilərin əməkhaqlarının bərabərləşdirilməsi gündəmdədir".