Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa edilən yaşayış binası istifadəyə verilib

Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa edilən yaşayış binası istifadəyə verilib Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib
Daxili siyasət
11 Yanvar , 2017 13:55
Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa edilən yaşayış binası istifadəyə verilib

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 11-də Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının açılışında iştirak edib.

"Report" xəbər verir ki, dövlət başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, zirzəmi qatı ilə birlikdə yeddimərtəbəli yaşayış binasında 48 mənzil var. Onlardan 24-ü ikiotaqlı, 24-ü üçotaqlıdır.

Binanın zirzəmi qatında subay zabit, gizir və müddətdən artıq xidmət edənlər üçün 4 yaşayış sahəsi ayrılıb. Onlardan biri dörd nəfərlik, ikisi altı nəfərlik, biri səkkiz nəfərlikdir.

Yaşayış binasında istirahət otağı, qadın gözəllik salonu, kişi bərbərxanası, dərzi və komendant otaqları, 2 əşya anbarı, 40 nəfərlik yeməkxana və camaşırxana yaradılıb.

Son xəbərlər

Orphus sistemi