Naxçıvanda 20 Yanvar şəhidləri anılıb

Naxçıvanda 20 Yanvar şəhidləri anılıb Naxçıvanda 20 Yanvar şəhidləri anılıb.
Daxili siyasət
20 Yanvar , 2023 12:19
Naxçıvanda 20 Yanvar şəhidləri anılıb

Naxçıvanda 20 Yanvar şəhidləri anılıb.

"Report" xəbər verir ki, ölkənin hər yerində olduğu kimi muxtar respublikada da qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hüzn əlaməti olaraq dövlət bayraqları yarıyadək endirilib, sərnişinlərin, nəqliyyatın hərəkəti bir dəqiqəlik dayandırılıb.

Qanlı Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını və Vətən müharibəsində şəhid olan qəhrəmanların məzarını ziyarət edən insanlar şəhidlərin xatirəsini ehtiramla anır, məzarları üzərinə tər güllər düzürlər.

Son xəbərlər

Orphus sistemi