Yuxarı
    Bağlamaq

    ​Naxçıvan MTN ləğv edilib, MR-də Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyinatı olub

    Vasif Talıbov fərman imzalayıb

    Bakı. 19 dekabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılması haqqında fərman imzalayıb. “Report” xəbər verir ki, fərman Naxçıvan Muxtar Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə imzalanıb.

    Sənədə əsasən, Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb.

    Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə tapşırılıb ki, əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say tərkibi barədə təkliflərini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsin. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Bundan başqa, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamla Fazil Nəriman oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

     F.Ələkbərov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi vəzifəsində çalışıb. V.Talıbovun dünən imzaladığı sərəncamla o, Xidmət rəisi vəzifəsindən azad olunub.
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi